Azərbaycanın bank sektorunun xalis mənfəəti 30 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 30 % artıb Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 589,4 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
26 Sentyabr , 2022 15:22
Azərbaycanın bank sektorunun xalis mənfəəti 30 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 589,4 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 % çoxdur.

8 ay ərzində bankların əməliyyat gəlirləri 2 478,1 milyon manat (1 il əvvələ nisbətən 27,9 % çox), əməliyyat xərcləri 1 593,1 milyon manat (25,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 159,5 milyon manat (20,65 % çox), gözlənilməz xərcləri 0,4 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 135,8 milyon manat (65,8 % çox) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi