Azərbaycanın bank sektorunun xalis mənfəəti 2,8 dəfə azalıb - ƏLAVƏ OLUNUB

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2,8 dəfə azalıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 17:28-də verilib
Maliyyə
26 Oktyabr , 2018 17:51
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2,8 dəfə azalıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 17:28-də verilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarını 171,8 mln. manat xalis mənfəətlə başa vurub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 307,9 mln. manat və yaxud 2,8 dəfə azdır.

***

9 ay ərzində bank sektorunun faiz gəlirləri 1 288,3 mln. manat, faiz xərcləri 441,1 mln. manat, qeyri-faiz gəlirləri 393,3 mln. manat, qeyri-faiz xərcləri isə 731,4 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 509,1 mln. manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun faiz gəlirləri 149 mln. manat və ya 10,37%, faiz xərcləri 246,7 mln. manat və ya 35,87%, qeyri-faiz gəlirləri 386,4 mln. manat və ya 49,56% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 22,9 mln. manat və ya 3,23% artıb. Bankların xalis əməliyyat mənfəəti bir ildə 311,7 mln. manat və ya 37,98% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 313,7 mln. manat ayırıblar, digər mənbələrdən 1,2 mln. manat gəlir əldə ediblər, 24,8 mln. manat mənfəət vergisi ödəyiblər. Ötən ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, son 1 ildə bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayrıdığı vəsait 7,6 mln. manat və ya 2,37%, bankların digər mənbələrdən gəlirləri 1,7 mln. manat və ya 58,62% azalıb, əvəzində bankların ödədiyi mənfəət vergisi 2,1 mln. manat və ya 9,25% artıb.

Son xəbərlər

Orphus sistemi