Azərbaycanın bank sektorunun aktivləri 5% artıb

Azərbaycanın bank sektorunun aktivləri 5% artıb Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 260,8 milyon manat təşkil edib.
Maliyyə
25 İyun , 2020 15:23
Azərbaycanın bank sektorunun aktivləri 5% artıb

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 260,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 5,4% çoxdur.

Bankların aktivlərinin 13 038,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14,15% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 38,5%-dən 41,7%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,1% artaraq 26 701,3 milyon manata, o cümlədən depozit portfeli 6,5% artaraq 19 94 milyon manata çatıb. Bunun 7 551 milyon manatı fiziki, 12 398,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,45% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 21,5% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 73,6% artaraq 397,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 1,5% artaraq 4 559,4 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi