Azərbaycanın bank sektorunun aktivləri 2 % azalıb

Azərbaycanın bank sektorunun aktivləri 2 % azalıb Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 055,3 milyon manat təşkil edib.
Maliyyə
26 Yanvar , 2021 17:08
Azərbaycanın bank sektorunun aktivləri 2 % azalıb

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 055,3 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.

Bankların aktivlərinin 13 020,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2020-ci ildə sektorun kredit portfeli 3,2 % kiçilib, kreditlərin aktivlərdəki payı isə 41,1 %-dən 40,6 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 2,8 % azalaraq 27 356,1 milyon manat, o cümlədən depozit portfeli 2,8 % azalaraq 20 722,9 milyon manat olub. Bunun 8 044,7 milyon manatı fiziki, 12 678,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 5,4 %, şirkətlərin banklardakı vəsaitləri isə 1,1 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,8 % artaraq 374,4 milyon manata çatıb.

Sektorun balans kapitalı isə 2,5 % artaraq 4 699,2 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi