Azərbaycanın bank sektoru xalis mənfəətini 32% artırıb

Azərbaycanın bank sektoru xalis mənfəətini 32% artırıb Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 163 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
29 aprel 2020 13:47
Azərbaycanın bank sektoru xalis mənfəətini 32% artırıb
Report
0 : 00
0 : 00

Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 163 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% çoxdur.

Üç ay ərzində bankların əməliyyat gəlirləri 675,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7,5% çox), əməliyyat xərcləri 439,5 milyon manat (12,8% çox), xüsusi ehtiyatlara ayırmaları 48,1 milyon manat (60,8% az), mənfəət vergisi ödəmələri isə 24,9 milyon manat (60,7% çox) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi