Azərbaycanın bank sektoru xalis mənfəətini 3 dəfə artırıb

Azərbaycanın bank sektoru xalis mənfəətini 3 dəfə artırıb Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 522,7 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
24 Oktyabr , 2019 14:13
Azərbaycanın bank sektoru xalis mənfəətini 3 dəfə artırıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 522,7 milyon manat xalis mənfəət əldə edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 dəfə çoxdur.

9 ay ərzində bankların əməliyyat gəlirləri 1 935,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,1% çox), əməliyyat xərcləri 1 242,7 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları 135,7 milyon manat (56,75% az), digər gəlirləri 21,4 milyon manat (17,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 55,4 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi