Azərbaycanın bank sektoru xalis mənfəətini 16% artırıb

Azərbaycanın bank sektoru xalis mənfəətini 16% artırıb Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 49,4 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
28 Fevral , 2020 16:18
Azərbaycanın bank sektoru xalis mənfəətini 16% artırıb
0 : 00
0 : 00

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 49,4 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Ay ərzində bankların əməliyyat gəlirləri 217,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,5% çox), əməliyyat xərcləri 141,5 milyon manat (9% çox), xüsusi ehtiyatlara ayırmaları 20,9 milyon manat (46,8% az), mənfəət vergisi ödəmələri isə 5,7 milyon manat (7,55% çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi