Azərbaycanın bank sektoru enerji istehlakını, su və kağız istifadəsini artırıb

Azərbaycanın bank sektoru enerji istehlakını, su və kağız istifadəsini artırıb 2022-ci ildə Azərbaycanın bank sektorunun enerji istehlakı, su və kağız istifadəsi 2021-ci illə müqayisədə çox olub.
Maliyyə
3 Oktyabr , 2023 10:54
Azərbaycanın bank sektoru enerji istehlakını, su və kağız istifadəsini artırıb

2022-ci ildə Azərbaycanın bank sektorunun enerji istehlakı, su və kağız istifadəsi 2021-ci illə müqayisədə çox olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı maliyyə üzrə Sorğu”nun nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, ölkədəki banklardan 17-si 2021-2022-ci illər üzrə enerji istehlakı, su və kağız istifadəsi üzrə məlumatları təqdim edib. 3 bank enerji istehlakını, 5 bank su sərfiyyatını, 8 bank isə kağız istifadəsini azaltdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi