Azərbaycanın bank sektoru auditdə əsasən "Baker Tilly"yə etibar edir - ARAŞDIRMA

Azərbaycanın bank sektoru auditdə əsasən "Baker Tilly"yə etibar edir - ARAŞDIRMA Azərbaycanda fəaliyyət göstərən banklar audit yoxlamasını əsasən Baker Tilly şirkətinə etibar edir.
Maliyyə
12 İyun , 2020 13:10
Azərbaycanın bank sektoru auditdə əsasən Baker Tillyyə etibar edir - ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən banklar audit yoxlamasını əsasən "Baker Tilly" şirkətinə etibar edir. 

Bu, "Report"un apardığı araşdırma nəticəsində məlum olub. 

Belə ki, sözügedən şirkət 26 bankdan 8-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib. Bu, 2018-ci illə müqayisədə 2 vahid çoxdur. 

Müştərisi olan bankların sayına görə 2-ci yerdə "Ernst & Young" şirkəti qərarlaşıb. Bu şirkət ötən il üzrə 5 banka audit rəyi verib. Bu isə əvvəlki il üzrə göstəricidən 1 vahid azdır. 

KPMG isə 2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib. Bu isə 2018-ci ilə nisbətən 2 vahid azdır. 

Əvəzində "Grant Thornton" və "PwC" şirkətləri xidmət göstərdiyi bankların sayını müvafiq olaraq 2 vahid və 1 vahid artıraraq 3-ə çatdırıb. 

RSM və "Crowe" şirkətlərinin audit etdiyi bankların sayı isə dəyişməyərək 1 qalıb. 

"Best Audit" şirkətinin əməkdaşlıq etdiyi bankların sayı 2-dən 1-ə düşüb. 2018-ci il üzrə 1 banka xidmət göstərmiş NEXİA EA şirkəti isə 2019-cu il üzrə audit etməyə bank tapa bilməyib. 

Maraqlıdır ki, bankların tərəfdaş kimi seçdiyi audit şirkətlərinin arasında Böyük 4-lüyə daxil olan "Deloitte and Touche" şirkəti yoxdur. 4-lüyə aid qalan 3 audit şirkəti ("Ernst & Young", KPMG və "PwC") isə 2018-ci ildə 14 bankdan iş aldığı halda 2019-cu ildə bu rəqəm 12-yə düşüb. 

Ümumiyyətlə isə, 26 bankdan 6-sı audit şirkətini dəyişib. 

Banklar Auditor şirkəti
(2019-cu il)
Auditor şirkəti
(2018-ci il)
1 Access Bank PwC Ernst & Young
2 AFB Bank KPMG KPMG
3 Azərbaycan Beynəlxalq Bankı Ernst & Young Ernst & Young
4 Azərbaycan Sənaye Bankı Grant Thornton RSM
5 Azər-Türk Bank Ernst & Young Ernst & Young
6 Bank Avrasiya Baker Tilly Baker Tilly
7 Bank BTB KPMG KPMG
8 Bank of Baku Baker Tilly KPMG
9 Bank Respublika KPMG KPMG
10 Bank VTB Azərbaycan Ernst & Young Ernst & Young
11 Express Bank PwC PwC
12 Günay Bank RSM Nexia EA
13 Xalq Bank Crowe Crowe
14 İran Milli Bankının Bakı filialı Best Audit Best Audit
15 Kapital Bank Ernst & Young Ernst & Young
16 Muğan Bank Baker Tilly Baker Tilly
17 Naxçıvan Bank Baker Tilly Baker Tilly
18 Pakistan Milli Bankının Bakı filialı Grant Thornton Best Audit
19 PAŞA Bank Ernst & Young Ernst & Young
20 Premium Bank Grant Thornton Grant Thornton
21 Rabitəbank KPMG KPMG
22 Turan Bank Baker Tilly Baker Tilly
23 Unibank Baker Tilly Baker Tilly
24 Yapı Kredi Bank Azərbaycan PwC PwC
25 Yelo Bank Baker Tilly KPMG
26 Ziraat Bank Azərbaycan Baker Tilly Baker Tilly

Son xəbərlər

Orphus sistemi