Azərbaycanın aparıcı enerji tikinti şirkətinin səhmləri 33% bahalaşıb

Azərbaycanın aparıcı enerji tikinti şirkətinin səhmləri 33% bahalaşıb Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Azerco” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə “Report” BFB-yə ist...
Maliyyə
21 Yanvar , 2017 17:21
Azərbaycanın aparıcı enerji tikinti şirkətinin səhmləri 33% bahalaşıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Azerco” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, ədq müəssisənin 110 səhminin realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 32,5% baha - 2,65 manatdan alınıb-satılıb.

Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 40%-nə nəzarət edir. 

Son xəbərlər

Orphus sistemi