Azərbaycanın AIIB-dəki səsvermə hüququ azalıb

Azərbaycanın AIIB-dəki səsvermə hüququ azalıb Bu, Filippin, İran və Portuqaliyanın AIIB-ə üzvlüyünün ratifikasiyası ilə bağlıdır
Maliyyə
15 Fevral , 2017 16:03
Azərbaycanın AIIB-dəki səsvermə hüququ azalıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0081 faiz bəndi azalaraq 0,2763%-ə düşüb.

“Report”un AIIB-ə istinadən verdiyi xəbərə görə, bu, Filippin, İran və Portuqaliyanın AIIB-ə üzvlüyünün ratifikasiyası ilə əlaqədardır.

Məlumata görə, rəsmi Bakının AIIB-də səsvermə hüququ da 74 səs yaxud 0,0229 faiz bəndi azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 635 səs yaxud 0,5215% həddindədir.

Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.

Qeyd edək ki, Filippinin AIIB-ə üzvlüyü ötən il dekabrın 28-də, İranın üzvlüyü bu il yanvarın 16-da, Portuqaliyanın üzvlüyü isə fevralın 8-də ratifikasiya edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi