Azərbaycanın 6 şəhər və rayonunda bərpa işlərinə 7 milyon manat xərclənəcək

Azərbaycanın 6 şəhər və rayonunda bərpa işlərinə 7 milyon manat xərclənəcək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Tərtər rayonunda (1), eləcə də Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (2) dağıdılmış, qəzalı
Maliyyə
7 Aprel , 2022 09:52
Azərbaycanın 6 şəhər və rayonunda bərpa işlərinə 7 milyon manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Tərtər rayonunda (1), eləcə də Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (2) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Real-İnşaat” və “Parlaq-N” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3 milyon manat və 4 milyon manat, ümumilikdə 7 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi