Azərbaycanın 2018-ci ilin büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb

Azərbaycanın 2018-ci ilin büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur
Maliyyə
20 Oktyabr , 2017 13:08
Azərbaycanın 2018-ci ilin büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək.

“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.

Sənəddə deyilir ki, gələn il dünya bazarında neftin qiymətinin 50 dollar/barel ətrafında dəyişəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi