Azərbaycanın 2018-ci ilin büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub

Azərbaycanın 2018-ci ilin büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin komitələrində 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi başa çatıb.
Maliyyə
13 Noyabr , 2017 14:13
Azərbaycanın 2018-ci ilin büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub
Milli Məclis / Report

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin komitələrində 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi başa çatıb.

"Report" xəbər verir ki, bu gün büdcə zərfinə daxil olan qanun layihələri 5 komitə - Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə olunub və plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, bundan əvvəl parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Təbii ehtiyatlar, energetika və ekologiya, Elm və təhsil, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iki günlük birgə müzakirələrində sənəd yekdilliklə plenar iclasa tövsiyə olunmuşdu.

Son xəbərlər

Orphus sistemi