Azərbaycanın 2017-ci ilin büdcəsində 4% kəsir nəzərdə tutulub

Azərbaycanın 2017-ci ilin büdcəsində 4% kəsir nəzərdə tutulub Bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir
Maliyyə
29 Sentyabr , 2016 12:50
Azərbaycanın 2017-ci ilin büdcəsində 4% kəsir nəzərdə tutulub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 15,955 mlrd. manat, xərcləri isə 16,6 mlrd. manat təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Beləliklə, gələn ilin dövlət büdcəsində 645 mln. manatlıq və yaxud xərclərin təxminən 4%-i qədər kəsir nəzərdə tutulub.

Gələn ilin büdcə gəlirlərinin 15,313 mlrd. manatını və yaxud 96%-ni mərkəzləşdirilmiş gəlirlər, 642 mln. manatını və yaxud 4%-ni yerli gəlirlər, büdcə xərclərinin 15,882 mlrd. manatını və yaxud 95,7%-ni mərkəzləşdirilmiş xərclər, 718 mln. manatını və yaxud 4,3%-ni yerli xərclər təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi