Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiqlənib

Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiqlənib Bakı. 11 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb.
Maliyyə
11 İyun , 2018 20:51
Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiqlənib

Bakı. 11 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, 2017-ci il büdcəsinin gəlirləri və xərcləri aşağıdakı kimidir:  

Maddə 1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası gəlirlər 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:

Sıra№-si Göstəricilər Məbləğ(manatla)
1. Gəlirlər 16 516 683 994
1.1. Fiziki şəxslərin gəlir vergisi 1 040 281 959
1.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 285 840 630
1.3. Hüquqi şəxslərin torpaq vergisi 50 368 185
1.4. Hüquqi şəxslərin əmlak vergisi 178 563 943
1.5. Əlavə dəyər vergisi 3 668 602 639
1.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 1 773 189 569
1.6. Sadələşdirilmiş vergi 371 409 884
1.7. Aksizlər 612 620 309
1.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 93 926 041
1.8. Yol vergisi 134 345 674
1.8.1. xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 34 792 067
1.9. Mədən vergisi 111 090 700
1.10. Gömrük rüsumları 706 871 691
1.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 189 023 895
1.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 71 043 023
1.12.1. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na daxilolmalar (Serbiya Respublikasına verilmiş kredit üzrə) 68 906 133
1.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 2 551 000
1.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfert) 6 100 000 000
1.15. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 8 706 383
1.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 5 306 617
1.17. Aksiz markalarının satışından daxilolmalar 4 443 389
1.18. Dövlət rüsumu 107 672 227
1.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 358 263 966
1.20. Vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 115 568 452
1.21. Sair daxilolmalar 144 109 428
1.21.1. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na daxilolmalar (təkrar borc sazişləri, yerləşdirilmiş vəsaitə hesablanmış faiz, dövlət zəmanətinin verilməsi) 7 839 791
1.22. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mənfəətindən ayırmalar 250 000 000
Xərclər 17 594 477 984
2.1. Ümumi dövlət xidmətləri 2 679 396 316
2.1.1. qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 552 220 504
2.1.2. beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 207 333 026
2.1.3. elm xərcləri 109 819 238
2.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 12 322 290
2.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1 513 614 724
2.1.6. yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya 5 186 534
2.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 278 900 000
2.2. Müdafiə 2 621 265 051
2.2.1. müdafiə qüvvələri 1 250 825 782
2.2.2. milli təhlükəsizlik 110 640 551
2.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2 471 366
2.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1 257 327 352
2.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 1 177 568 816
2.3.1. məhkəmə hakimiyyəti 49 054 257
2.3.2. hüquq-mühafizə 910 046 542
2.3.3. prokurorluq 57 833 467
2.3.4. digər kateqoriyalara aid edilməyən xidmətlər 160 634 550
2.4. Təhsil 1 742 690 388
2.4.1. məktəbəqədər təhsil 152 968 947
2.4.2. ümumi təhsil 953 756 956
2.4.3. ilk peşə-ixtisas təhsili 26 324 423
2.4.4. orta ixtisas təhsili 36 444 803
2.4.5. ali təhsil 188 071 043
2.4.6. əlavə təhsil 3 558 371
2.4.7. təhsil sahəsində digər müəssisə və tədbirlər 381 565 845
2.5. Səhiyyə 704 726 614
2.5.1. poliklinikalar və ambulatoriyalar 105 595 938
2.5.2. xəstəxanalar 320 969 301
2.5.3. səhiyyə sahəsində digər xidmətlər 6 308 421
2.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 4 312 727
2.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 267 540 227
2.6. Sosial müdafiə və sosial təminat 2 350 165 191
2.6.1. sosial müdafiə xərcləri 2 067 761 513
2.6.2. sosial təminat xərcləri 282 387 831
2.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar 15 847
2.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 253 301 348
2.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 118 590 391
2.7.2. radio, televiziya və nəşriyyat 56 877 016
2.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 38 468 026
2.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 39 365 915
2.8. Mənzil və kommunal təsərrüfatı 300 199 218
2.8.1. mənzil təsərrüfatı 31 438 754
2.8.2. kommunal təsərrüfatı 259 265 647
2.8.3. su təsərrüfatı 8 961 000
2.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 533 817
2.9. Yanacaq və enerji 3 514 998
2.9.1. enerji kompleksi 2 499 998
2.9.2. yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar 1 015 000
2.10. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 506 180 967
2.10.1. kənd təsərrüfatı 469 844 970
2.10.2. meşə təsərrüfatı 11 970 884
2.10.3. balıqçılıq və ovçuluq 2 747 355
2.10.4. ətraf mühitin mühafizəsi 14 624 378
2.10.5. hidrometeorologiya tədbirləri 6 993 380
2.11. Sənaye, tikinti və faydalı qazıntılar 2 707 364 428
2.11.1. tikinti 2 690 514 668
2.11.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2 689 301 330
2.11.2. faydalı qazıntılar 12 349 760
2.11.3. geodeziya və xəritəçəkmə 4 500 000
2.12. Nəqliyyat və rabitə 101 473 406
2.12.1. nəqliyyat 100 190 406
2.12.2. rabitə 1 283 000
2.13. İqtisadi fəaliyyət 775 524 821
2.13.1. iqtisadi və kommersiya fəaliyyəti 178 246 208
2.13.1.1. sahibkarlığa dəstək 28 246 208
2.13.1.2. Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 150 000 000
2.13.2. iqtisadi fəaliyyətin digər sahələri 595 939 203
2.13.3 iqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar 1 339 410
2.14. Əsas bölmələrə aid edilməyən xidmətlər 1 614 638 243
2.14.1. məqsədli büdcə fondları 297 000 000
2.14.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 297 000 000
2.14.2. ehtiyat fondları 396 209 542
2.14.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 197 500 232
2.14.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 198 709 310
2.14.3. əsas bölmələrə aid edilməyən sair xərclər 921 428 701
2.14.3.1. beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər 19 049 914
2.14.3.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 19 467 845
2.14.3.3. digər xidmətlər üzrə xərclər 882 910 942
2.15. 2017-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği 56 468 179
3. Büdcə kəsiri 1 077 793 990
4. 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1 644 600 000

Maddə 3. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilsin.

Son xəbərlər

Orphus sistemi