Azərbaycandan xaricə çıxarılan pul baratlarının dəyəri 1,4 dəfə azalıb

Azərbaycandan xaricə çıxarılan pul baratlarının dəyəri 1,4 dəfə azalıb Bakı. 31 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1 846,8 mln. dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 87,2 mln. dollarlıq profisit yaranıb.
Maliyyə
31 Mart , 2018 13:21
Azərbaycandan xaricə çıxarılan pul baratlarının dəyəri 1,4 dəfə azalıb

Bakı. 31 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1 846,8 mln. dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 87,2 mln. dollarlıq profisit yaranıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə, ilkin gəlirlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 1 759,5 mln. dollar təşkil edib.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,3 mlrd. dollar olub. Bunun 71,3%-ni (2,1 mlrd. dolları) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1,9 mlrd. dollarını) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (278,6 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (458,9 mln. dollar) təşkil edir.

Hesabat dövründə təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri isə 1,5 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1,1 mlrd. dollar, ödənişlər isə 404,3 mln. dollar təşkil edib. Nəticədə, təkrar gəlirlər balansının müsbət saldosu 696 mln. dollar olub.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-ni ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-ni isə digər daxilolmalar təşkil edib. Ölkəyə göndərilən pul baratlarının həcmi 1,8 dəfə artaraq 1 020,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1,4 dəfə azalaraq 342,9 mln. dollar olub. Yəni, valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalıb. Nəticədə pul baratları üzrə 677,3 mln. dollarlıq müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 708,6 mln. dollar təşkil edib.

Orphus sistemi