Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 1,7 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.
Maliyyə
155
14 Fevral , 2020 11:44
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb
google.az

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 1,7 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur. Azərbaycandan olan pul köçürmələri ümumi köçürmələrdəki 1,35% paya malik olub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 1,2 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

Yanvar ayında Gürcüstana xarici ölkələrdən köçürmə yolu ilə ümumilikdə, 125,6 milyon ABŞ dolları daxil olub ki, bu da illik müqayisədə 9,9 milyon ABŞ dolları və yaxud 8,6% çoxdur.

Qonşu ölkədən xarici ölkələrə köçürülən pul vəsaitlərinin həcmi isə 19,1% artaraq 18,5 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi