Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 28,1 milyon ABŞ dolları pul köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % azdır.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 11 milyon ABŞ dolları pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətənj 25 % çoxdur.