Azərbaycandan Gürcüstana pul köçürmələri 22% artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 22% artıb Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
Maliyyə
15 Avqust , 2019 15:26
Azərbaycandan Gürcüstana pul köçürmələri 22% artıb

Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

Azərbaycandan Gürcüstana pul köçürmələri ümumi köçürmələrdə 1,4% paya malik olub. Qeyd edək ki, iyulda Gürcüstana xarici ölkələrdən 154,5 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 10,1 milyon dollar və yaxud 7% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 19,2 milyon dollar pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 1,6% və yaxud 0,3 milyon dollar çoxdur. 

Son xəbərlər

Orphus sistemi