Azərbaycandakı səhmdar cəmiyyətlərindən birinin sahibi dəyişib

Azərbaycandakı səhmdar cəmiyyətlərindən birinin sahibi dəyişib "Bakı Fond Birjası" QSC-də "Sabunçu Sənaye İstehsal" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.
Maliyyə
11 İyul , 2020 16:23
Azərbaycandakı səhmdar cəmiyyətlərindən birinin sahibi dəyişib

"Bakı Fond Birjası" QSC-də "Sabunçu Sənaye İstehsal" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. 

"Report" Birjaya istinadən xəbər verir ki, əqd səhmdar cəmiyyətinin dövriyyədəki hər birinin nominal dəyəri 2 manat olan 626 221 ədəd səhmindən 516 436 ədədinin və yaxud 82,5%-nin realizə edilməsini nəzərdə tutur. 

Bu isə faktiki olaraq müəssisənin sahibinin dəyişməsi deməkdir. 

Xatırladaq ki, "Sabunçu Sənaye İstehsal" 2003-cü ildə yaradılıb. Səhmdar cəmiyyəti adından da göründüyü kimi Bakının Sabunçu rayonunda - Bakıxanov qəsəbəsində yerləşir. 

Son xəbərlər

Orphus sistemi