Azərbaycandakı kredit ittifaqlarının zərəri 7 dəfə azalıb

Azərbaycandakı kredit ittifaqlarının zərəri 7 dəfə azalıb Azərbaycandakı kredit ittifaqları ötən ili 0,1 milyon manat zərərlə başa vurub.
Maliyyə
26 Yanvar , 2021 17:31
Azərbaycandakı kredit ittifaqlarının zərəri 7 dəfə azalıb

Azərbaycandakı kredit ittifaqları ötən ili 0,1 milyon manat zərərlə başa vurub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 7 dəfə azdır.

2020-ci ildə kredit ittifaqlarının gəlirləri 2,3 milyon manat (illik müqayisədə 4,2 % az), xərcləri 1,1 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1,3 milyon manat (31,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 15,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,4 % azdır. Bunun 13,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə sektorun kredit portfeli 10,7 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 10,8 % azalaraq 5,8 milyon manata, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi