"Bakı Fond Birjası" QSC (BFB) 2020-ci ilin yanvar-fevral aylarında birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 940 804 615 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 342 643 760 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 113 187 351 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 55 821 594 manatla “İnvest-AZ İnvestisiya Şirkəti" QSC, 47 363 569 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 26 159 539 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC və 17 792 206 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 940 804 615 |
2 | AzFinance | 342 643 760 |
3 | Unicapital | 113 187 351 |
4 | İnvest-Az | 55 821 594 |
5 | BTB Kapital | 47 363 569 |
6 | Xalq Kapital | 26 159 539 |
7 | PSG Kapital | 17 792 206 |
8 | Plato Capital and Co. | - |