Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-fevral, 2019)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-fevral, 2019) "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-fevral ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Maliyyə
3 Aprel , 2019 12:30
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-fevral, 2019)

"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-fevral ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 1 851 691 977 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 627 345 168 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 414 498 971 manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 357 705 998 manatla “Xalq Kapital İnvestisiya Şirkəti",

340 296 101 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 28 812 738 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 11 448 557 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 1 851 691 977
2 AzFinance 627 345 168
3 İnvest-Az 414 498 971
4 Xalq Kapital 357 705 998
5 Unicapital 340 296 101
6 PSG Kapital 28 812 738
7 BTB Kapital 11 448 577
8 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi