Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2019)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2019) "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-aprel ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Maliyyə
4 iyun 2019 11:22
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2019)

"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-aprel ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 3 342 137 829 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 1 074 762 262 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 746 381 218 manatla “Xalq Kapital İnvestisiya Şirkəti", 716 293 226 manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 675 717 246 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 72 795 520 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 39 321 855 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 3 342 137 829
2 AzFinance 1 074 762 262
3 Xalq Kapital 746 381 218
4 İnvest-Az 716 293 226
5 Unicapital 675 717 246
6 PSG Kapital 72 795 520
7 BTB Kapital 39 321 855
8 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi