Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar, 2018-ci il)

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar, 2018-ci il) Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar ayında birja üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
Maliyyə
26 Fevral , 2018 14:40
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar, 2018-ci il)

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar ayında birja üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb. 

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 622,4 mln. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. 

Növbəti yerlərdə 535,6 mln. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 483,2 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 369 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 90 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 58 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Unicapital 622,367,042.08
2 Paşa Kapital 535,640,547.30
3 İnvest-Az 483,182,460.32
4 AzFinance 368,976,804.42
5 Xalq Kapital 90,010,329.36
6 PSG Kapital 58,015,632.19
7 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi