Bakı. 8 avqust. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bankların 2018-ci ilin yanvar-iyun ayları ərzində əldə etdikləri faiz gəlirləri üzrə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə bankların birinci yarımildə faiz gəlirləri üzrə ilk onluğu (TOP-10) əks olunub:
№ | Banklar | Faiz gəlirləri (min AZN) |
1 | IBAR | 207 312,00 |
2 | Kapital Bank | 150 657,00 |
3 | PASHA Bank | 80 769,00 |
4 | Xalg Bank | 54 473,05 |
5 | Accessbank | 43 390,00 |
6 | Nikoil Bank | 32 601,42 |
7 | Unibank | 21 372,00 |
8 | Atabank | 21 008,38 |
9 | Bank of Baku | 20 834,00 |
10 | AFB Bank | 18 950,18 |
* Tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.