Azərbaycanda yük sığortasına maraq artıb

Azərbaycanda yük sığortasına maraq artıb Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda yüklərin (nəqliyyat) sığortası növü üzrə daxilolmalar artıb.
Maliyyə
2 Fevral , 2019 18:01
Azərbaycanda yük sığortasına maraq artıb

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda yüklərin (nəqliyyat) sığortası növü üzrə daxilolmalar artıb.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-dekabr ayları ərzində yüklərin sığortası üzrə sığorta şirkətlərinin yığımları 4,2 mln. manat təşkil edib. Bu, yanvar-noyabr ayları ilə müqayisədə 248,7 min manat və ya 6,29% çoxdur.

2017-ci il ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 942,1 min manat və ya 28,92% çoxdur.

2018-ci ilin yanvar-dekabr aylarında yüklərin sığortası üzrə 185,2 min manat ödəniş aparılıb. Bu, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,5 min manat və ya 5,41%, 2017-ci il ilə müqayisədə isə 109,2 min manat və ya 2,44 dəfə çoxdur.

Ümumiyyətlə, ötən il yüklərin sığortası üzrə daxilolmaların 4,41%-i ödənişə yönəldilib. 

Son xəbərlər

Orphus sistemi