Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 60 % artıb

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 60 % artıb İndiyədək Azərbaycan ərazisində 67 755 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Maliyyə
12 Avqust , 2022 11:42
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 60 % artıb

İndiyədək Azərbaycan ərazisində 67 755 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Bu ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur.

DVX-nın məlumatında bildirilir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Son xəbərlər

Orphus sistemi