Azərbaycanda yeni maliyyə alətləri tətbiq edilə bilər

Azərbaycanda yeni maliyyə alətləri tətbiq edilə bilər Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə yeni maliyyə alətlərinin tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.
Maliyyə
102
29 Aprel , 2022 12:30
Azərbaycanda yeni maliyyə alətləri tətbiq edilə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə yeni maliyyə alətlərinin tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.

"AMB olaraq qısa və orta müddətdə pul bazarının inkişafına fokuslanmışıq. Bu çərçivədə maliyyə sektoruna yeni alətlərin gətirilməsi imkanları təhlil olunur. Hazırda əsas istəyimiz manatın gəlirliliyini, daha effektiv işləməsini təmin etmək, bununla da, faizlərin iqtisadiyyata tsansmissiyasını artırmaqdır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi