Azərbaycanda yeni istiqraz emissiyası həyata keçiriləcək

Azərbaycanda yeni istiqraz emissiyası həyata keçiriləcək Bakı. 10 noyabr. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatı (BOKT) manatla istiqraz buraxmağı planlaşdırır.
Maliyyə
10 Noyabr , 2017 11:08
Azərbaycanda yeni istiqraz emissiyası həyata keçiriləcək

Bakı. 10 noyabr. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatı (BOKT) manatla istiqraz buraxmağı planlaşdırır.

Bunu “Report”a BOKT-dan deyiblər.

Məlumata görə, hər birinin nominal dəyəri 500 manat olan 250 istiqrazdan gedir. Qiymətli kağızlar 22 ədəd və 228 ədəd olmaqla əvvəlcədən adları məlum olan invesorlara satılacaq, yəni qapalı üsulla yerləşdiriləcək. Onların illik gəlirliliyi müvafiq olaraq 20% və 24% təşkil edəcək.

3 il dövriyyədə olacaq və faizlərin aylıq ödəniləcəyi istiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “Kapital Menecment İnvestisiya Şirkəti” QSC çıxış edəcək.

Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. BOKT-un səhmlərinin 73,33%-i onunla eyni maliyyə holdinqdə təmsil olunan “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,77%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi