Azərbaycanda 2 yeni BOKT yaradılıb

Azərbaycanda 2 yeni BOKT yaradılıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı" MMC –ni dövlət qeydiyyatına alıb.
Maliyyə
17 Noyabr , 2020 18:20
Azərbaycanda 2 yeni BOKT yaradılıb

İlk xəbər saat 18:15-də verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Optimal Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 77, mənzil 134, nizamnamə kapitalı BOKT-lər üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Elçin Əhəd oğlu Əsgərlidir.

Bundan başqa, "Nas Project" MMC BOKT da qeydiyyatdan keçib. Bu kredit təşkilatının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, mənzil 56, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Məhəmməd Nizami oğlu Quliyevdir.

Son xəbərlər

Orphus sistemi