Azərbaycanda "Yaşıl Kart" üzrə sığorta ödənişləri 82 % artıb

Azərbaycanda "Yaşıl Kart" üzrə sığorta ödənişləri 82 % artıb Ötən il Azərbaycan ərazisində Yaşıl Kart Sistemi çərçivəsində 45 012 sığorta müqaviləsi rəsmiləşdirilib ki, həmin müqavilələr üzrə 3 milyon 986,377 min manat sığorta haqqı toplanıb.
Maliyyə
19 fevral 2024 11:26
Azərbaycanda Yaşıl Kart üzrə sığorta ödənişləri 82 % artıb

2023-cü ildə Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 429 yol-nəqliyyat hadisəsinə görə 1,662 milyon manat sığorta ödənişi verilib.

"Report" "Report" İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 52,7 % və 82,3 % çoxdur.

Beləliklə, ötən il bir hadisə üzrə orta ödəniş 3 873 manat olub ki, bu da əvvəlki ilə nisbətən 19,4 % çoxdur.

2023-cü ildə "Yaşıl Kart" satışı hesabına toplanılmış sığorta haqlarının 16,4 %-i sığorta ödənişinə yönəldilib. Bu nisbət 2022-ci ildə 30,2 % təşkil edib.

Ötən il yol-nəqliyyat hadisələrinin 55-i ölkə daxilində baş verib və həmin hadisələr üzrə 130 min manat sığorta ödənişi verilib. Əvvəlki il ölkə daxilində 57 yol-nəqliyyat hadisəsi baş vermiş və 140 min manat sığorta ödənişi həyata keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi