Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə xərclər kəskin artıb

Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə xərclər kəskin artıb 2019-cu ildə İcbari Sığorta Bürosunun “Yaşıl Kart” sığorta sistemi üzrə xərcləri 487 min manat təşkil edib.
Maliyyə
22 İyun , 2020 16:41
Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə xərclər kəskin artıb

2019-cu ildə İcbari Sığorta Bürosunun “Yaşıl Kart” sığorta sistemi üzrə xərcləri 487 min manat təşkil edib.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 5,7 dəfə çoxdur.

Xatırladaq ki, “Yaşıl Kart” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Sazişin iştirakçıları olan dövlətlərin hər hansı birinin verdiyi şəhadətnamə digər iştirakçı dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 1 yanvar 2016-cı il tarixindən sistem çərçivəsində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi