Azərbaycanda xidmət sahələri üzrə dövlət xərclərinin normasına yenidən baxıla bilər

Azərbaycanda xidmət sahələri üzrə dövlət xərclərinin normasına yenidən baxıla bilər Hesablama Palatası: Bu normaların tətbiqindən uzun müddət keçsə də, hazırkı vaxtadək təkmilləşdirilməyib
Maliyyə
13 Aprel , 2016 16:48
Azərbaycanda xidmət sahələri üzrə dövlət xərclərinin normasına yenidən baxıla bilər

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda dövlət büdcəsindən maliyyələşən xidmət sahələri üzrə xərc komponentlərinin natural ifadədə göstəricilərinin təkmilləşdirilməsi və xərc normasının müəyyən edilməsi üçün meyarlar nəzərdə tutulmaqla xərclərin reallığa uyğun tənzimlənməsi məqsədilə “Müvəqqəti normalar”ın yenidən işlənilməsi təklif ediilir.

"Report"un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə küçələrin süpürülməsi, yaşıllıq sahələrinə qulluq edilməsi və küçələrin işıqlandırılması xidmətləri üzrə xərclərin norması Maliyyə Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə 2003-cü ilin may ayında təsdiq etdiyi “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” ilə müəyyən edilib.

"Həmin normaların tətbiqindən uzun müddət keçməsinə baxmayaraq, hazırkı vaxtadək təkmilləşdirilməyib. Belə ki, dövlət büdcəsindən maliyyələşən müvafiq xidmət sahələrində “Müvəqqəti normalar”la müəyyən edilmiş xərc komponentləri (geyimlər, inventarlar və s.) natural ifadədə reallığa uyğun olsa da, xərc normaları cari bazar qiymətlərinə uyğun deyil. Qeyd edilənləri nəzərə alaraq, dövlət büdcəsindən maliyyələşən müvafiq xidmət sahələri üzrə xərc komponentlərinin natural ifadədə göstəricilərinin (vahidinin qiymətinin göstərilməməsi şərtilə) təkmilləşdirilməsi və xərc normasının müəyyən edilməsi üçün meyarlar nəzərdə tutulmaqla xərclərin reallığa uyğun tənzimlənməsi məqsədilə “Müvəqqəti normalar”ın yenidən işlənilməsini təklif edirik", - deyə təklifdə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi