Bu il Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə əməliyyatları 18%-dən çox artıb

Bu il Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə əməliyyatları 18%-dən çox artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 mln və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Maliyyə
28 dekabr 2019 08:27
Bu il Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə əməliyyatları 18%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 mln və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.

Məlumata görə, bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları ötən ilin noyabr ayı ilə müqayisədə 18,5% artaraq 90,3 mln manat təşkil edib.

Ümumilikdə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 mlrd 164 mln manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi