Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. "Report"un verdiyi xəbərə görə, Mərkəzi Banbkın bu qərarı oktyabrın 13-dən etibarən qüvvəyə minib. Qərar fiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədi daşıyır.
Yeni qərarla şəxsiyyəti təsdiq edən sənəd əsasında müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasına icazə verilib.
Qərara əsasən, Mərkəzi Bankın İdarə Heyətinin
Qeyd edək ki, əvvəlki qərara əsasən, mübadilə şöbəsində bir müştəriyə 500 dollara ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı.