Azərbaycanda xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 20%-ə yaxınlaşıb

Azərbaycanda xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 20%-ə yaxınlaşıb Ölkə üzrə kredit qoyuluşunun, təxminən, 40%-i milli valyutada deyil
Maliyyə
12 Aprel , 2018 10:49
Azərbaycanda xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 20%-ə yaxınlaşıb

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda kreditlərin dollarlaşması azalmaqda davam edir. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu il martın 1-nə ölkə üzrə kredit portfelinin 39,4%-ni xarici valyutada, o cümlədən ABŞ dollarında verilmiş kreditlər təşkil edib. Bu nisbət fevralın 1-nə 40,8%, ilin əvvəlinə isə 40,9% olub. 

Fevralın sonuna xarici valyutada verilmiş problemli kreditlərin xüsusi çəkisi 19,6% təşkil edib. Bu nsibət yanvarın sonuna 18,7%, ötən ilin sonuna isə 17,4% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi