Azərbaycanda xarici pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb

Azərbaycanda xarici pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb Bakı. 25 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pulköçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.
Maliyyə
25 Dekabr , 2017 16:36
Azərbaycanda xarici pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb
Report

Bakı. 25 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pulköçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.

“Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, nəzarət tədbirləri çərçivəsində işğal altında olan ərazilərdə qeyri-qanuni formada fəaliyyət göstərən pulköçürmə sistemləri də diqqət mərkəzində saxlanılır. Palatanın apardığı araşdırmalar nəticəsində “MoneyPolo” pulköçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələri həyata keçirməsi, bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pulköçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılması ilə bağlı tapşırıq verilib.

Son xəbərlər

Orphus sistemi