Azərbaycanda vətəndaşlara pul olan bankomatlar barədə SMS göndəriləcək

Azərbaycanda vətəndaşlara pul olan bankomatlar barədə SMS göndəriləcək Azərbaycanın bank sektorunda bankomatlarla bağlı maraqlı yenilik tətbiq olunub.
Maliyyə
5 İyul , 2022 17:10
Azərbaycanda vətəndaşlara pul olan bankomatlar barədə SMS göndəriləcək

Azərbaycanın bank sektorunda bankomatlarla bağlı maraqlı yenilik tətbiq olunub.

"Report"un əldə etdiyi məlumata görə, söhbət vətəndaşlara pul olan bankomatlar barədə SMS göndərilməsindən gedir.

Belə ki, müştərinin nağdlaşdırma əməliyyatı etmək istədiyi bankomatda pul olmadıqda ona həmin bankda məxsus, yaxınlıqda yerləşən və içində pul olan 3 ATM-in ünvanları barədə SMS gələcək. Amma bunun üçün müştəri "SMS Xəbərdarlıq" xidmətinə qoşulmalıdır.

"Azericard" prossesinq mərkəzinə məxsus yeni xidmət ölkənin kommersiya banklarından birinin müştəriləri üçün artıq keçərlidir.

Son xəbərlər

Orphus sistemi