Azərbaycanda vergi ödəyicilərinin borclarının məbləği açıqlanacaq

Azərbaycanda vergi ödəyicilərinin borclarının məbləği açıqlanacaq Sahib Ələkbərov: "Həm borcun məbləği, həm də borcluların sayı azalıb"
Maliyyə
6 Aprel , 2016 11:05
Azərbaycanda vergi ödəyicilərinin borclarının məbləği açıqlanacaq

Bakı. 6 aprel. REPORT.AZ/ "Ötən ildən vergi borcu olan ödəyicilərinin adını açıqlayırıq. Bu ildən isə onların borclarının məbləğinin də açıqlanması mümkündür". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. 

S.Ələkbərov eyni zamanda vergi borclarının həcminin 30% azaldığını deyib.

"Əgər ötən ilin sonunda vergi borcu 2,4 mlrd. manat idisə, aprelin 1-nə olan məlumata görə, bu rəqəm 1,6 mlrd. manata enib. Həm borcun məbləği, həm də borcluların sayı azalıb", - deyə nazir müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi