Bakı.25 iyun. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısını açıqlayıb.
"Report" xəbər verir ki, siyahıda 50 nəfərin adı var.
Siyahıda tanınmışlardan xalq artistləri - Brilliant Dadaşova, Gülyanaq Məmmədova, əməkdar artistlər - Abbas Bağırov, Mətanət İsgəndərova, Elza Seyidcahan, müğənnilər Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Səidə Sultan, Emil Bədəlov, Zamiq Hüseynov və digərləri yer alıb.
Siyahı nazirliyin rəsmi saytında yerləşdirilib.