Azərbaycanda vergi borcları ümumi vergi daxilolmalarının 5%-i qədərdir

Azərbaycanda vergi borcları ümumi vergi daxilolmalarının 5%-i qədərdir Bu il vergi daxilolmaları üzrə illik proqnozun tam icra olunacağı gözlənilir
Maliyyə
29 İyun , 2016 15:18
Azərbaycanda vergi borcları ümumi vergi daxilolmalarının 5%-i qədərdir

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanın vergi orqanları bu ilin sonuna kimi vergi daxilolmaları ilə bağlı 2016-cı ilin proqnozunun tam həcmdə yerinə yetiriləcəyini düşünür. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. 

İ.Vəliyev vergi ödəyicilərinin borcunun ümumi proqnozun 5%-nə bərabər olduğunu qeyd edib: "Borclu vergu ödəyicilərinin sayı 10 min ətrafındadır. Borclu vergi ödəyicilərinin vergi borcları ümumi vergi daxilolmaları proqnozunun 5%-nə bərabərdir".