Azərbaycanda valyuta hərracında dollara tələb artıb

Azərbaycanda valyuta hərracında dollara tələb artıb Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib
Maliyyə
301
23 İyul , 2020 12:59
Azərbaycanda valyuta hərracında dollara tələb artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 21-nə nisbətən 0,7 milyon ABŞ dolları və yaxud, təxminən, 1,2% artaraq 60 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi