Azərbaycanda valyuta hərracında dollara tələb artıb

Azərbaycanda valyuta hərracında dollara tələb artıb Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib
Maliyyə
20 avqust 2020 08:49
Azərbaycanda valyuta hərracında dollara tələb artıb
Report

Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 18-nə nisbətən 3,4 milyon ABŞ dolları və yaxud, təxminən, 5,8% artaraq 62,3 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi