Azərbaycanda valyuta hərracında dollara tələb cüzi artıb

Azərbaycanda valyuta hərracında dollara tələb cüzi artıb Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
21 May , 2020 12:33
Azərbaycanda valyuta hərracında dollara tələb cüzi artıb
Report

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 19-na nisbətən 1,2 milyon ABŞ dolları və yaxud təxminən 2,2% artaraq 56,7 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi