Azərbaycanda valyuta hərracında dollara tələb 14% artıb

Azərbaycanda valyuta hərracında dollara tələb 14% artıb Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
581
14 May , 2020 12:52
Azərbaycanda valyuta hərracında dollara tələb 14% artıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 12-nə nisbətən 6,8 milyon ABŞ dolları və yaxud təxminən 14,2% artaraq 54,7 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb. 

Son xəbərlər

Orphus sistemi