Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanda uşaqlı ailələrə verilən müavinətlərə yenidən baxılması təklif edilir.
"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında çıxışı zamanı bildirib.
"Xüsusilə 3 yaşadək uşağı olan ailələrə müavinət artırılsın, 3 il müdətində sabit saxlanılsın", - komitə sədri qeyd edib.
Elm və təhsil Komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, peşə təhsili və ezamiyyətlər üçün əlavə xərc ayrılmasına ehtiyac var.