Azərbaycanda turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi müzakirə olunub

Azərbaycanda turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi müzakirə olunub Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) görüşü keçirilib.
Maliyyə
13 Aprel , 2018 14:41
Azərbaycanda turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi müzakirə olunub
Sputnik / Murad Orujov

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) görüşü keçirilib. 

"Report" ASA-ya istinadən xəbər verir ki, görüşdə hər iki assosiasiyanın rəhbər şəxsləri iştirak edib.

Tərəflər səfər sığortasının inkişaf perspektivləri və bu sahədə problemli məqamların müəyyən olunması, həmçinin, qarşılıqlı münasibətlərin əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Bununla yanaşı, ölkəyə gələn və ölkədən gedən turistlər üçün sığorta mexanizmlərinin müəyyənləşdirilməsi, səfər sığortasının icbari qaydada tətbiqi, bu istiqamətdə işlər üzrə ASAN Viza, həmçinin, turizm şirkətləri və tur operatorlarla əməkdaşlıq etmək məsələləri geniş müzakirə olunub.

ASTA-nın rəhbərliyi tərəfindən turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyət sığortasının müəyyən edilməsi barədə təklif səsləndirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.

Görüşün yekununda həm ölkə hüdudlarından kənara gedən, həm də ölkə daxilində istirahət məqsədilə səfər edən vətəndaşlara səfər sığortasının əldə edilməsinin tövsiyə olunmasına dair qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi