Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir Bu sahəyə kreditlər ilin əvvəlindən 12% azalıb
Maliyyə
21 Sentyabr , 2017 13:53
Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir
Report

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunda ilin əvvəlindən başlayan azalma iyul ayında da davam edib. Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu sahəyə kredit qoyuluşu aylıq müqayisədə 0,7%, ilin əvvəlindən 12,4% azalaraq cari il avqustun 1-nə 2 162,1 mln. manat təşkil edib. 

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Cari il avqustun 1-nə əsasən, ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 16,8%-i məhz bu sahənin payına düşüb. Belə ki, avqustun 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 860,8 mln. manat təşkil edib ki, bunun da 1 812,8 mln. manatının və ya 14,1%-nin vaxtı keçib.

Son xəbərlər

Orphus sistemi